"Sədr" hərəkatının lideri Seyyid Müqtəda Sədr höküməti Türkiyənin İraqa müdaxiləsinə dirənməyə çağırıb
Arannews-İslamazeri.com "sumaria"ya istinadən xəbər verir ki, "Sədr" hərəkatının lideri Seyyid Müqtəda Sədr höküməti Türkiyənin İraqın şimalına hərbi müdaxiləsinə dirənməyə çağırıb. O açıqlamanı 9 apreldə yayıb.Sədrin sözlərinə görə, İraq höküməti Türkiyənin ölkənin istənilən ərazisinə girmək istəklərinə qarşı çıxmağa və addım atmağa səsləyib.
"Deyirlər bu, İraq hökümətilə kordinasiya edilib. Lakin mən belə düşünmürəm", -deyə "Sədr" hərəkatının lideri Seyyid Müqtəda Sədr bildirib.
Sədr həmçinin qeyd edib ki, Türkiyənin PKK-nın olduğu İraq ərazilərində apardığı əməliyyatlar İraq hökümətilə razılaşdırılmayıb.