Tarix : 2018 Apr 11
Kod 54912

İmam Musa Sədrin Fələstin dərdi

İmam Musa Sədrin İsrail işğalında olan Fələstinin azadlıq hərəkatına verdiyi önəm barədə tarixi bir fakt
Arannews-İslamazeri.com-un "Mashreghnews"-a istinadən verdiyi xəbərə görə, Livanın müasir tarixindən xəbərdar olanlar bilir ki, İmam Musa Sədr 1970-ci ildə fələstinlilərdən İsraillə müharibə etmək üçün Livana yerləşmələrini istəyib. O, bu adımına görə bir çoxlarının təzyiqinə məruz qalıb. Buna baxmayaraq, o, bu addımı atmaqda əsla peşman olmadı.
Livan şiələrinin ali şurasının rəhbəri olan şeyx Əbdül Əmir İmam Musa Sədrin Fələstinin guya İsraillə müharibədən yorulduğu, artıq sülh tələb etdikləri və İsrailə qarşı müqavimətdən boyun qaçırmaları barədəki şüphələrə verdiyi cavabı xatirə olaraq qeyd edib. 
Əbdül Əmir bildirir: “Birgün mən “Ən-nəhar” qəzetinə məqalə yazdım. Məqalənin başlığı belə idi: “Sultandan daha çox səltənət sevən”. Yazıda ad çəkmədiyimdən İmam Sədr məndən bu yazını kimin barəsində yazdığımı soruşdu. Mən mesajın ünvanına çatacağını bildirdim. Yazıda gedən qəhrəmanın kimliyini soruşduqda isə cavab verdim: “Qəhrəman elə siz özünüzsünüz. Fələstinlilərdən daha fələstinlisiz, elə bu səbəbdən səltənəti sultanlardan daha çox istəyirsiniz.”
Musa Sədr isə cavabında bildirdi: “Cənab şeyx Əbdul Əmir! Fələstin milləti də sionist rejimilə müharibədən boyun qaçırtsa, mən tək başına əlimə silah alaraq onlarla döyüşəcəm.”
Məlumat üçün bildirək ki, İmam Musa Sədr Liviyanın sabiq diktatoru Qəddafi ilə görüşmək üçün Liviyaya səfər edir. Liviyada iştirak etdiyi konfrans bitdikdən sonra 31 avqust 1978-ci ildə Livana qayıtmaq üçün hoteldən çıxır, lakin ondan sonra heç bir şəkildə özündən xəbər alına bilmir. İmam Musa Sədrin qaçırılması xəbəri dünyada böyük rezonans doğurur. Liviya tərəfi iddia edir ki, guya İmam Musa Sədr İtaliyaya gedən təyyarələrin birində görülüb və bu barədə rəsmi sənədlər var. Lakin nə "Əməl" hərəkatı, nə də ki, Livanın rəsmi qurumları buna inanmadıqlarını dilə gətirirlər.
İmam Musa Sədrin itkin düşməsi İslam ümməti  üçün böyük bir kədər yaşadır. Qaçırılan zaman İmam Musa Sədrin 50 yaşı var idi.
İmam Musa Sədrin Fələstin dərdi
Paylaş Twitlə

  • Yazılıb
  • da (də) 2018 Apr 11
  • Göndərən مدير سايت Aran News