Tarix : 2018 Apr 11
Kod 54914

Seyid Əli Xamenei : Öhdəçi düşüncə sahiblərini və sənət adamlarını bir yerə toplayın

Seyid Əli Xamenei : Öhdəçi düşüncə sahiblərini və sənət adamlarını bir yerə toplayın
Arannews-Təşkilatçılıqla görülən işin
faydaları
1.Öhdəçi düşüncə sahiblərini və sənət adamlarını
bir yerə toplamaq, təsbeh dənələri kimi bir yerə
yığmaq ən böyük ilahi nemətlərdən biridir.
2. Təşkilat şəklində görülən işin xüsusiyyəti belədir ki, fərd
özünü kollektivdə əridir, yox edir. Özünü bu növ
əritmək eynilə düzgün şəkildə yenidən tapmaq
deməkdir. Belə olduqda insandan heç nə əskilmir,
üstəlik, daha da təkmilləşir. Mən içinə bir qənd
atılmış bir stəkan suyu misal çəkirəm. O qənd
konkret bir şeydir, bəlli miqdarda şirinliyi var, suya
atanda isə bütün zərrəcikləri həll olur, yoxa çıxır.
Qənd iynə ucu qədər də azalmır, sadəcə, bəzi
əlamətlərini itirir. Təşkilat da belə bir şeydir; fərd
cəmdə əriyir.
Əsl təşkilat belə olur. Əslində, bu, asan işdir,
insan belə bir varlıqdır. Amma Rza xanın və
Məhəmmədrzanın əlliillik repressiya dövrü, hətta bu
 Allah, din, xalq, vətən qarşısında üzərinə düşən öhdəlikləri yerinə
yetirməyə çalışan məsuliyyətli və mömin insanlar nəzərdə tutulur.
Biz son 50, daha doğrusu, 2500 il
ərzində İranda uzunmüddətli totalitar rejimin təsiri
nəticəsində bir növ fərdiliyə məhkum olmuşuq.
Şərqlilər ümumiyyətlə, fərdiyyətçidirlər. Şərqin
tarixi, incəsənəti, musiqisi, idmanı qədimdən
fərdiyyətçidir. Kollektiv musiqi o tərəfdən gəlib,
buranın deyil. Kollektiv idman o tərəfindir. Bizdə
idman güləşdir, ancaq orda, misal üçün,
voleyboldur, futboldur. Qədim incəsənət növləri,
kollektiv ifa olunan orkestr və xor nəğmələri Şərqdə
yoxdur; olsa da, çox azdır. Hər halda, şərqlilərin
tarixində bir növ fərdiyyətçilik var. İslam bunun
əksini tapşırıb. İslamda hər şey cəm halındadır,
hətta ibadət də. Bildiyiniz kimi, ibadət insanın ən
şəxsi işidir. İnsanın Allahla əlaqəsinin adi dünyəvi
işlərlə, əməkdaşlıqla heç bir əlaqəsi yoxdur, Allahla
insan arasında olan mənəvi əlaqədir. Əlbəttə, dua və
zikr kimi ibadətləri deyirik, ibadətin ümumi
mənasını nəzərdə tutmuruq; yəni camaatın adətən,
zehnində olan adi ibadət. Bu, insanla Allah arasında
olan əlaqədir. İslam bu ibadətin də kollektiv şəkildə
icra edilməsini istəyir. Camaat namazı, həcc və sair
 hamısı qrup şəklindədir. Hər halda, biz İslamın bu
ictimailik ruhundan uzaq qalmışıq.
Vahid bir təşkilatın ilkin mənası budur ki,
insanlar birləşərək əməkdaşlıqla, yardımlaşma ilə,
bir yerdə addım atmaqla vahid bir istiqamətə doğru
gedirlər, vahid bir şeyə nail olmaq istəyirlər.
Deməli, təşkilat əxlaqı İslam əxlaqıdır. Təşkilat
əxlaqı, nizam-intizamlı İslam əxlaqı deməkdir,
başqa sözlə desək, iki qardaşın, iki həmfikirin birbiri
ilə qarşılıqlı əməkdaşlığıdır.
Hazırladı:Hədəf14.az


  • Yazılıb
  • da (də) 2018 Apr 11
  • Göndərən مدير سايت Aran News