Tarix : 2018 Apr 12
Kod 54921

İrqçi İsrail rejimi Qəzza yaxınlığında 5300 mənzillik qəsəbə salacaq

Sionist İsrail terror rejimi Qəzza Zolağının sərhədləri yaxınlığında 5300 evin inşa edilməsi layihəsini təsdiq edib.

Arannews-İslaminSesi.info  Shafaqna.com -a istinadla xəbər  verir ki, bu barədə məlumatı Fələstin İnformasiya Mərkəzi verib. Layihə sionist İsrail rejiminin Nazirlər Kabineti tərəfindən təsdiq edilib.

 

Похожее изображение

 

1948-ci ildə işğal edilən torpaqlarda tikintisi qərarlaşdırılmış layihə ilə bağlı açıqlama verən sionist xəbər saytlarından birində qeyd edilib ki, bu kimi layihələrin həyata keçməsi fələstinlilərin öz torpaqlarından çıxarılaraq və əraziləri ələ keçirilərək, Qüds və İordaniya Çayının Qərb Sahilinin yəhudiləşdirilməsini sürətləndirəcək.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının 2016-cı il 23 Dekabr tarixli qətnaməsində İsrail rejiminin işğal etdiyi Fələstin torpaqlarında sionist qəsəbələrin tikintisi nin dayandırılması tələb olunub.


  • Yazılıb
  • da (də) 2018 Apr 12
  • Göndərən مدير سايت Aran News