Tarix : 2018 Apr 12
Kod 54927

AİP Qadınlar Şurasının sədri Növrəstə İbrahimovaya ağır itki üz verib – Partiya başsağlığı verdi

Azərbaycan İslam Partiyası Qadınlar Şurasının sədri Hacı Növrəstə xanım İbrahimovaya ağır itki üz verib

Arannews-Azərbaycan İslam Partiyası Qadınlar Şurasının sədri Hacı Növrəstə xanım İbrahimovaya ağır itki üz verib

Növrəstə xanımın həyat yoldaşı Eldar İbrahimova dünyasını dəyişib. Bu münasibətlə Azərbaycan İslam Partiyası qurumun Qadınlar Şurasının sədri Hacı Növrəstə xanım İbrahimovaya başsağlığı verib. 

Başsağlığında deyilir:

 “Çox hörmətli Hacı Növrəstə xanım! Əziz həyat yoldaşınız Eldar İbrahimovun vəfatı bizi hədsiz kədərləndirdi. Sizin İslam müqəddəslərindən, Əhli-beyt(ə) əxlaqı və həyat tərzindən aldığınız və əxz etdiyiniz ailə sevgisi, ailə münasibətləri nümunəsini həyat tərzinizdə yaşatmağınız cəmiyyətimiz üçün də bir örnək olmuşdur. Allah Təalanın əbədi taleyinizə yazdığı insanı itirdiyinizə görə Sizə, bütün ailə üzvlərinizə, xüsusən qoşa qanadlarınız altında böyütdüyünüz övladlarınıza dərin hüznlə başsağlığı veririk. Allahdan qardaşımıza rəhmət, xoş axirət diləyirik.

Hörmətli Hacıxanım, tutduğunuz yol Allah yoludur. Uca Tanrının təqdirini ən ağır anlarda belə zərurət kimi qəbul edəcəyinizə əminik. Dərdinizə şərikik. Çətin və əbədi vidadan üzülməməyinizi, səbirli olmağınızı, İslami fəaliyyətinizi daha uğurla davam etdirməyinizi arzulayırıq.

 Sizə bir daha başsağlığı verir, mərhuma Allahdan rəhmət diləyirik.”

 Hacı İlham Əliyev, Azərbaycan İslam Partiyasının sədr əvəzi


  • Yazılıb
  • da (də) 2018 Apr 12
  • Göndərən مدير سايت Aran News