Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəp Tayyib Ərdoğan arasında telefon danışığı olub.
arannews-İslaminSesinin APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumatda Rusiya və Türkiyə liderlərinin Suriyadakı vəziyyətin gərginləşməsini müzakirə etdiyi bildirilib. Qeyd olunub ki, hər iki tərəf Suriya münaqişəsinin nizamlanması prosesinin BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi və Soçidə keçirilən Suriya Milli Dialoq Konqresinin qərarları əsasında aktivləşdirilməsinin tərəfdarıdır.
Dövlət başçıları müxtəlif kanallarla ikitərəfli təmasların davam etdirilməsi barədə razılaşıblar