Arannews:nur-az.com- Müqəddəs Qum şəhərində İmam Sadiq (ə) adına məsciddə İmam Musa Kazimin (ə) şəhadət ildönümü münasibətilə mərasim keçirilib. Azərbaycanlı tələbələr hər il olduğu kimi bu il də İmam Kazimin (ə) şəhadətini, eləcə də İslamçı Məhbusların Həmrəylik Günü kimi qeyd edib. Mərasimdə çıxış edən höccətül-islam Sayvər İmam Musa Kazimin (ə) zalım xəlifələrin zindanlarında çəkdiyi məşəqqətlərdən danışıb, sonra Azərbaycandakı islamçı məhbusları yada salıb və onlara verilən zülmlərə işarə edib. Çıxışdan sonra əzadarlıq olub, şəhidlərin ruhuna, məhbuslara dualar oxunub və sonda ehsan paylanılıb.