Tarix : 2018 Apr 14
Kod 54935

Sumqayıta İlham Əliyevlə bağlı tədbirdə adamları zorla saxlayıblar

Dünən Sumqayıtda “Kimyaçı” Mədəniyyət Sarayının qabağında «İlhamla irəli» şüarı ilə təbliğat-təşviqat kampaniyası çərçivəsində konsertdə rəzalət olub.

Arannews-Bu barədə məlumatı redaksiyamıza Sumqayıt sakinlərindən biri göndərib.Belə ki,tədbirə məcburən gətirilən büdcə təşkilatlarının işçilərin,tələbələrin gətirilməsi bir yana qalsın,konsertdə çıxış edən müğənnilərə baxmağa gələn sadə adamlar sonradan konsertin gedişatında ərazidən çıxmaq istədikdə ətrafı hər tərəfdən mühasirəyə alan polislər ,icra hakimiyyətinin işçiləri tərəfindən buraxılmayıblar.Hətta körpə uşaqlı insanları belə konsertin sonuna qədər buraxmayıblarPolislər və icranın işçiləri yapçılar yalandan insanları keçdikləri yerdən deyiblər ki,burdan olmaz o biri yerdən çıxın.O biri yerə gedənləri isə dolayaraq deyiblər ki,başqa yerdən çıxın.Konsertdən çıxmaq istəyən işləri olan insanlarla polislərlə insidentlər də yaşanıb.Yolu hər tərəfdən zəncir kimi göstəriş əsasında bağlayanlar camaata deyirdi ki,5 dəqiqə də gözləyin qurtarsın çıxarsız.Məcburən çox insanı sarayın qabağında saxlayıblar konsert qurtaranacan, hətta ayaqyoluna da buraxmayıblar insanları. Konsertə baxmağa gələnləri manesiz buraxıblar,amma çıxmaq istəyənləri hər vəchlə buraxmayıblar.Etiraz edənlərə isə hədə-qorxu gəliblər.Konsert adıyla İlham Əliyevin təbliğatı bir neçə saat çəkİb.YAP bununla istəyib ki,çəkilişdə adam seyrək görünməsin.

Tələbələri, işçiləri məcburən gətizdiriblər.Onlara bayraq,ilhamın şəklini tutdurublar əllərində, yəni heç kim bura könüllü gəlməyib, sadəcə bilməyən insanlar müğənnilərə baxmağa gəlib, YAP da bundan istifadə edib camaatı tələyə salıb.Polislər və məmurlar sıra ilə düzülərək, sədd yaratmaqla adamlara çıxıb getməyə imkan verməməyə çalışıblar.
Konsertədn çıxmaq istəyən insanların bəziləri məcbur olub aralardan,ağaclıqdan,dəlmə-deşikdən çıxmağa müvəffəq olublar.

azadliq.info


  • Yazılıb
  • da (də) 2018 Apr 14
  • Göndərən مدير سايت Aran News