İran İslam İnqilabının Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Suriyaya səfər çərçivəsində SƏR prezidenti Bəşər Əsədlə görüşüb.
Arannews-FaktXeber.com-un SANA-ya istinadla verdiyi məlumata görə, Əli Əkbər Vilayəti görüşdə prezidenti və xalqı Quta qələbəsi, həmçinin mülki vətəndaşların terrorizm cinayətlərindən xilas edilməsi münasibətilə təbrik edib.O, vurğulayıb ki, Qərbin marionet terror təşkilatları tərəfindən saxtakarlıqla hazırlanmış yalan ittihamlar üzərində təhdidi Şərqi Qutanın azadlığından sonra baş verib.

O, təsdiqləyib ki, yerlərdə hər bir qələbədən sonra Qərb ölkələri hadisələrin gedişatını dəyişmək cəhdləri çoxalır, bu ölkələrin ğundan sonrakı addımları da regionda sabitliyin pozulmasına gətirir ki, bu da beynəlxalq sülh və təhlükəsizliyə hədədir.
İran Ali Rəhbərinin müşaviri görüşdən əvvəl Şərqi Qutanı müxtəlif məntəqələrində olaraq, terrorçular tərəfindən qazılmış tunelləri yaxından müşahidə edib. Əli Əkbər Vilayəti ABŞ-ın ehtimal olunan hücumuna qarşı Suriya hökumətinin yanında olduqlarını bildirib.
Qeyd edək ki, Əli Əkbər Vilayəti Dəməşqdə işə başlayan beynəlxalq "Qüds və istiqamətimiz" konfransında iştirak məqsədi ilə Suriyaya səfər edib. Vilayəti Dəməşqdə olduğu müddət ərzində Suriyanın xarici işlər naziri Vəlid Müəllim, hakim Bəəs partiyasının baş katib müavini və Suriyanın təhsil naziri Atif Nədaf ilə də görüşüb, danışıqlar aparıb.