Tarix : 2018 Apr 14
Kod 54942

Afrində müvəqqəti məclis quruldu

Suriyanın Afrin rayon mərkəzində kürd, ərəb və türkmənlərdən ibarət müvəqqəti yerli məclis qurulub.
FaktXəbər-in məlumatına görə, şəhərin idarəetməsini bu məclis həyata keçirəcək.

Xatırladaq ki, Suriyada İŞİD terrorçularının məğlubiyyətini görən ABŞ kürd terrorçulardan ibarət qruplaşma yaradaraq, Afrin bölgəsinə yerləşdirməyə başlamışdı. Sözügedən qruplaşmaları hər cür texnoloji avadanlıqlarla təchiz edərək, Suriya, Türkiyə, İraq və İran ərazisini də əhatə edəcək Kürdüstan dövlətinin yaradılması ideyasını həyata keçirməyə çalışdı. Amma Türkiyənin cari ilin yanvar ayının 20-də  başlatdığı "Zeytun budağı" hərbi əməliyyatı bu planın pozulmasına səbəb oldu.


  • Yazılıb
  • da (də) 2018 Apr 14
  • Göndərən مدير سايت Aran News