Tarix : 2008 Jun 27
Kod 5495

Ötən ay Bakıda evlərin qiyməti dörd faiz artıb

bahalaşma nəticəsində bəzi şirkətlər tikintini dayandırıb.
Azerbaijan Servisi/Aran Agentliyi
Ötən ay Bakıda evlərin qiyməti dörd faiz artıb. Bahalaşmaya tikinti materiallarının qiymətlərinin artması təsir edib. Hətta bahalaşma nəticəsində bəzi şirkətlər tikintini dayandırıb.

Əmlak Bazarı İştirakçıları Birliyinin sədri Elman Əsədovun sözlərinə görə, tikintilər daha çox Yasamal rayonunda aparılır: «Yasamalda 26 faizdir. Sonra Nərimanov, Nəsimi rayonları gəlir. Yerdə qalanlar isə digər rayonların payına düşür. Əzizbəyov rayonunda isə ümumiyyətlə tikinti işləri aparılmır».
 
  • Yazılıb
  • da (də) 2008 Jun 27