Tarix : 2018 Apr 15
Kod 54959

Ruhani: ABŞ-ın Suriyaya hücumu terrorizmə açıq-aşkar dəstək deməkdir

İran İslam Respublikası prezidenti Amerika, Britaniya və Fransanın Suriyaya təcavüzünün regionda terrorizmi gücləndirmək istiqamətində olduğunu deyib.
İran İslam Respublikası prezidenti Amerika, Britaniya və Fransanın Suriyaya təcavüzünün regionda terrorizmi gücləndirmək istiqamətində olduğunu deyib.

İİR prezidenti Həsən Ruhani bu gün Suriya prezidenti Bəşar Əsəd ilə telefon danışığında İİR-nin Suriya dövləti və xalqının kənarında duracağını vurğulayaraq deyib: Terrorçuların hər gün Suriyada yeni məğlubiyyətlərə məruz qaldıqları bir şəraitdə Amerikanın və onun müttəfiqlərinin Suriya torpağına təcavüzü məğlub edilmiş qruplara dəstək deməkdir. 

Ruhani Suriyanın ərazi bütövlüyünün mühafizəsinə təkid edərək, Suriyanın coğrafi sərhədlərinin mütləq dəyişməməli olduğunu vurğulayıb və deyib: Suriya dövlətinin icazəsi olmadan hərhansı əcnəbi qüvvənin bu ölkədə fəaliyyəti beynəlxalq qanunlara ziddir və Suriya ərazilərinə bir növ təcavüz hesab olunur. 

İİR prezidenti deyib: Heç bir əcnəbi dövlət Suriyanın gələcəyi barədə qərar verə bilməz və yeganə qərar verən Suriya xalqıdır və İran İslam Respubliklası da Suriya dövləti və xalqının kənarında duracaq. 

Bəşar Əsəd də əziz islam peyğəmbərinin(s.ə) məbəs bayramını təbrik edərək deyib: Amerika və onun müttəfiqlərinin Suriyaya təcavüzü Suriyia xalqı və dövlətinin iradəsinə və müqavimət yolunun davamına heç bir xələl gətirməyib. 

Suriya prezidenti İran xalqı və dövlətinin Suriya xalqı və dövlətinə dəstəyini yüksək qiymətləndirərək deyib: Amerika və onun müttəfiqləri siyasi yolla öz məqsədlərinə nail ola bilmədikdə bütün beynəlxalq qanunlara zidd olaraq Suriya ərazilərinə təcavüz etdilər. 


  • Yazılıb
  • da (də) 2018 Apr 15
  • Göndərən مدير سايت Aran News