Qeyd edilən vilayətdə baş verən partlayışda 11 nəfər ölüb, 6 nəfərdə yaralanıbdır
Iran Servisi/Aran Agentliyi
İraqda əmin-amansızlıqların yeni dalğası başlanıb.
Xəbər Agentliklərinin verdikləri məlumata əsasən İraqın şimalındakı Mosul şəhərində yerləşdirilmiş bir bombanın partladılması nəticəsində 90 nəfərdən çox adam ölüb və yaralanıbdır.
Bu elə bir haldadır ki, Bəqubə və Kərbəla şəhərləri də terrorçu hücumlarının şahidi olubdur. İraqın əl-Ənbar vilayətdə qanlı bir günü arxada qoyub.
Qeyd edilən vilayətdə baş verən partlayışda 11 nəfər ölüb, 6 nəfərdə yaralanıbdır. Əl-Ənbar vilayətindəki partlayış elə bir halda baş veribdir ki, iki gün öncə Amerika ordusu bildirmişdir ki, gələn 10 gün içərisində qeyd edilən vilayətin təhlükəsizlik işlərini iraqlı qüvvələrə tapşıracaqdır.