Tarix : 2018 Apr 15
Kod 54961

"Qazax Rayon Polisin rəisi məscidimizdə azan verilməsinə qadağa qoyub" - Şikayət - Fotolar

Redaksiyamıza Qazax rayon sakinindən şikayət daxil olub. Vətəndaş məscidin fəaliyyətinə rayonun polis rəisi Ədalət Əliyev əngəl olduğunu iddia edir.
Arannews-Hədfə14.az olaraq şikayətçiylə olan müsahibəni olduğu kimi sizə təqdim edib.

-"Salam".

Red:Salam

"Sizi narahat edən Qazax rayonundan Mircəfər Hüseynzadədir".

-Buyurun. Nə məsələdir?

 "Məsələmiz Qazax rayonunda yerləşən İmam Zaman (ə.f) məscidi ilə bağlıdır".

Red: Məscidin dəqiq ünvanını deyin zəhmət olmazsa.

"Qazax rayonu Əhməd Seyidov 46".

Red: Aydındır. Buyurun, davam edin.

"Bildirmək istərdim ki, Qazax rayon polisinin rəisi Ədalət Əliyev adıçəkilən məsciddə Azanın verilməsinə görə, fevralın 8-i məni yeddi-səkkiz saat məni polis bölməsində saxlayıb. O mənə bildirdi ki, məsciddə azan verilməsin. Səbəbini soruşduqda isə heçnə demədi". 

Red: Sizin həmin məsciddə səlahiyyətiniz nədir?

"Məscidin fəalıyam, tikilməsində təşəbbüskarlardan biriyəm. 

Red: Məscid qanuni fəaliyyət göstərir, sənədləri qaydasındadır?

"Bəli qanunidir. Həyətimdəki torpağın bir hissəsi məscidə məxsusdur. Bildiyimiz kimi bura təriqət baxımından əhli-sünnə rayonudur. Ən çox vəhabiçilik yayılıb. Məscidin qurbangahında Hz. Əlinin (ə) qılıncı (Zülfiqar) var. O zülfiqarı oradan götürməyi tələb edirlər".

Red: Səbəb kimi nə göstərilib sizə?

"Heç bir səbəb göstərilmir"

Red: Bu barədə polis rəisi özü gəlib sizə nəisə deyib yoxsa xəbər göndərib?

"Yox özü gəlib. Rayonun prokuroru, icranın birinci müavini Məhəmməd m,  Bələdiyyə sədri Tofiq m, bir də Ədalət Əliyev. Ə.Əliyev azanın verilməsini dayandırmasam, məni həbs edəcəyini deyir".

Red: Sizə qarşı hər hansısa təhqir və ya fiiziki təzyiq olubmu?

"Dediyim kimi 08.02.2018 tarixində məni öz otağına çağırıb ünvanıma mənə böhtan xarakterli ifadələr işlədirdi. O insan elə bilir mən Qum şəhərində təhsil almışam ancaq bu belə deyil. İslam alimi kimi Xomeyni ağaya təqlid edirəm buna görə müctehidimi təhqir etdi. Iran-Azərbaycan münasibətləri yaxşı olduğu halda rəis nəisə özündən kəşf edərək Iran-Azərbaycan münasibətlərinə xələl gətirən sözlər deyir. Məscidin günbəzində Allah olan yazı vardı bələdiyə sədri Tofiq buna qadağa qoyur, götüzdürüb bu yazını. Şiələrə qarşı təzyiq göstərirlər. Vəhabilərin məscidi, nurçuların məktəbi fəaliyyət göstərir. Ancaq onlara  təzyiq göstərilmir".

Red: Adıçəkilən məscidə ibadət etməyə gələn varmı?

"Bəli, yerli sakinlər gəlir, ancaq rəis onalara da təzyiqlər göstərir. Buna baxmayaraq gəlirlər ancaq çəkinənlər də var. Digər təriqətlərə yox sırf bizim təriqətə təzyiqlər göstərirlər. Bunu da Iran Islam Respublikası ilə əlaqələndirirlər. Guya biz Iran agentiyik. Amma araşdırsalar. Axtarsalal belə birşeyin olmadığının şahidi olacaqlar. Mənim və bir neçə dindarın tək istəyi bu məsciddə cəfəri təriqətindən olanlara gəlib-getməyə qadağa qoyulmasın və azanın verilməsinə əngəl olunmasın. Bizim heç kimlə işimiz yoxdur. Başımızı salıb aşağı ibadətimizi edirik. Bunların dərdi nədir? Nə istəyirlər bizdən, aydınlıq versinlər. Biz qanunazidd heçnə etmirik axı. Sadəcə allahın vacibatını yerinə yetiririk. Bu müsəlmançılıq borcumuzdur, başqa nə dövlətə nə də onun ali qanunlarına qarşı heç bir ziddiyyətli addım atmırıq. Xahiş edirəm bizim bu problemimizi öz saytınızda işıqlandırasınız. Bəlkə bu məsələyə rəsmi açıqlama verilər. Eyni zamanda azan problem aradan qaldırılar".

 Qeyd: Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Xatun Etibarqızı

Hədəf14.az

 

 


  • Yazılıb
  • da (də) 2018 Apr 15
  • Göndərən مدير سايت Aran News