Tarix : 2018 Apr 16
Kod 54971

Cəbhəçi polis bölməsində qanunsuz olaraq 26 saat saxlanılıb

AXCP üzvü, müharibə veteranı və ikinci qrup əlil Babək Həsənov mitinq ərəfəsi polisin ona qarşı olan qanunsuzluqları haqqında məlumatı fb vasitəsilə bölüşüb.
Arannews- AXCP üzvü, müharibə veteranı və ikinci qrup əlil Babək Həsənov mitinq ərəfəsi polisin ona qarşı olan qanunsuzluqları haqqında məlumatı fb vasitəsilə bölüşüb.“14 aprel mitinqi ilə bağlı 13 aprel saat 14:50 dən etibarən Suraxanı rayon 33-cü polis bölməsi əməkdaşlar tərəfindən saxlanıldım və bu gün 14 aprel mitinqi sona çatdıqdan sonra 17:30 da telefonun açıq olsun,zəng edən kimi bölməyə gəlməlisən şərti altında sərbəst buraxıldım. İnzibati həbs pratakolu tərtib etmişdilər. Biləndəki ikinci qrup əliləm,qanun birinci və ikinci qrup əlillərə inzibati həbs verilməsini qadağan etdiyindən məcbur qalıb sərbəst buraxdılar. Qanun əlillərin sağlamlıq vəziyyətlərini nəzərə alaraq əziyyət çəkməmələri üçün inzibati həbsi qadağan etsədə, mən ikinci qrup əlil olaraq 33-cü polis bölməsində 26 saat 40 dəqiqə yuxu yatmadan stolda oturmaqla işgəncə yaşadım. Hesab edirəm heç bir səbəb olmadan qanunsuz olaraq polis məni bir sutkadan artıq müddətdə saxlamaqla mənsub olduğum partiyanın təşkil etdiyi mitinqdə iştirak etməyimin qarşısını almışdır.Bu hal Azərbaycan konstitusiyasının vətəndaşa verdiyi sərbəst toplaşma hüququnun məhdudlaşdırılması faktıdır. Buna görə pozulmuş hüququmun bərpası üçün məhkəməyə müraciət edəcəm”.

azadliq.info


  • Yazılıb
  • da (də) 2018 Apr 16
  • Göndərən مدير سايت Aran News