Tarix : 2018 Apr 16
Kod 54972

“Feysbuk”da Məhəmməd peyğəmbəri təhqir edən turist həbs olundu

Birləşmiş Ərəb Əmirliklərinə gəzməyə gələn Hindistan vətəndaşı “Feysbuk”da Məhəmməd peyğəmbəri təhqir etdiyi üçün həbs olunub.
Arannews-Xarici mətbuata istinadən xəbər verilir ki, hindistanlı turist sosial şəbəkədə Məhəmməd peyğəmbərin karikaturasını paylaşıb.Karikatura 2017-ci ilin sentyabrında 34 yaşlı hindistanlı tərəfindən paylaşılıb. Bu barədə polisə onun həmkarı xəbər verib. Ötən ilin dekabrında Dubay məhkəməsi İslam dinini və Məhəmməd peyğəmbəri təhqir etməsi ittihamıyla Hindistan vətəndaşına 1400 ABŞ dolları məbləğində cərimə kəsmişdi.Müttəhim apellyasiya məhkəməsinə müraciət etsə də, onun şikayəti qəbul edilməyib və üstəlik, 3 aylıq həbs qərarı da verilib. Cəzasını çəkdikdən sonra hindistanlı turist ölkədən deportasiya olunacaq.

  • Yazılıb
  • da (də) 2018 Apr 16
  • Göndərən مدير سايت Aran News