Tarix : 2018 Apr 17
Kod 54975

Taleh Bağırovun vəsatətləri təmin edilmədi

Nardaran hadisələrinə görə həbs edilən “Müsəlman Birliyi” adlı təşkilatın sədri Tale Bağırovun cəzasının artırılması ilə bağlı məhkəmə hökmündən verilən apelyasiya şikayəti üzrə proses başlayıb.

Arannews-Rakurs.tv xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə baş tutan prosesdə Tale Bağırov məhkəmə tərkibinə etiraz edib.Onun etirazı baxılmamış saxlanılıb. Daha sonra Tale Bağırovun vəkilinin ekspertlərin dindirilməsi barədə verdiyi vəsatət müzakirə edilib. Hakim heyəti bu vəsatəti də təmin etməyib.Növbəti proses aprelin 23-də davam edəcək.Qeyd edək ki, Qaradağ rayon Məhkəməsinin hökmü ilə Tale Bağırovun 20 illik cəzasından qalmış 17 il 9 ay 13 gün yeni cəza ilə birləşdirilib.Məhkəmə Tale Bağırovun cəzasını artıraraq, ona 18 il həbs verib.İttihama görə, ötən il iyulun 31-də Qobustan həbsxanasında ilahiyyatçının üzərindən yeddi ədəd “microSD” tipli yaddaş kartları aşkar edilib.Tale Bağırova qarşı Cinayət Məcəlləsinin 317-2-ci (cəzaçəkmə müəssisəsində və ya istintaq təcridxanasında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanması) maddəsi ilə ittiham irəli sürülüb.Qeyd edək ki, 2015-ci il noyabrın 26-da baş vermiş Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan “Müsəlman Birliy”i Təşkilatının rəhbəri Tale Bağırov Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunub.Məhkəmənin hökmü ilə Tale Bağırov 20 il müddətinə azadlıqdan məhrum edilib.Tale Bağırov cəzazını 7 ilini qapalı rejimdə çəkəcək.

  • Yazılıb
  • da (də) 2018 Apr 17
  • Göndərən مدير سايت Aran News