Tarix : 2018 Apr 17
Kod 54976

Mitinqdən sonra itdiyi deyilən 17 yaşlı qız 5 gün harada olduğunu yenidən açıqladı

O qeyd edib ki, müəyyən səbəblərdən bu barədə öncə danışa bilməyib

Arannews-Fatiməni tapın! Fatiməni azad edin!” bu adla bir müddət əvvəl mitinqlərdə fəallığı ilə seçilən Fatimə Mövlamlı üçün kampaniya başladılmışdı. Deyilirdi ki, o bir neçə gündür yoxa çıxıb. Bundan sonra  Fatimə Mövlamlı, sosial şəbəkə vasitəsilə video  paylaşaraq  son 4-5 gündə şəxsi həyatında problemlər olduğundan telefonunu söndürüb və rəfiqəsi ilə birgə qaldığını bildirmişdi.

Lakin aprel ayının 14-ü o harada olduğunu açıqlayıb.

İslamazeri.com "TURAN"a istinadən xəbər verir ki, vətəndaş fəalı Fatimə Mövlanlı aprelin 14-də gecə Facebook-da bəyanatla çıxış edib və əvvəlki açıqlamasını təkzib edib. O bildirib ki, martın 31-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) aparılıb və 5 gün orada saxlanılıb.

O qeyd edib ki, müəyyən səbəblərdən bu barədə öncə danışa bilməyib.

F.Mövlanlı deyib ki, "Diktatoru tanıyın!" aksiyasında iştiraka görə saxlanılıb. BMCMİ-də saxlanıldığı müddətdə ondan bəzi şəxslərin əleyhinə ifadə verməsini tələb ediblər, ancaq o, bunu etməyib. O, müdafiə olunmasına və azadlığa çıxmasına imkan verən ictimai dəstəyə görə təşəkkürünü bildirib.

F.Mövlanlı bildirib ki, həbs təhlükəsinə baxmayaraq, öz mübarizəsini davam etdirəcək.

  • Yazılıb
  • da (də) 2018 Apr 17
  • Göndərən مدير سايت Aran News