Tarix : 2018 Apr 17
Kod 54979

Türkiyənin Suriya ilə bağlı ikili siyasətinin səbəbi nədir

Yaxın Şərqdə, xüsusən də Suriyada baş verən hadisələr dünyanın gündəmindən düşmür. Bir yanda ABŞ və Qərbin dəstəklədiyi qüvvələr, digər tərəfdə isə Rusiya və İranın legitim saydığı və müdafiə etdiyi Bəşər Əsəd hakimiyyəti arasında baş verən müharibə artıq özünün pik həddinə çatıb. Yaxın Şərq , xüsusən də Suriya müharibəsində mövqeyi tam bəlli olmayan, ikili siyasi oyun aparan yeganə dövlət isə Türkiyə hesab edilir. Çüni ərdoğan hökuməti gah ABŞ-ı, gah da Bəşər Əsədi dəstəkləyən Rusiya və İranı dəstəkləyir.

Arannews-İslaminSesi mövzunu politoloq Akif Heydərli ilə müzakirə edib. Politoloq bildirib ki, Suriya probleminin başlıca yaranma  səbəblərindən biri, Türkiyə ərazisindən Suriyaya keçən terrorçu İŞİD dəstələri oldu: “Bu da çox güman ki, Türkiyənin öz  sərhədlərini ya bilərəkdən, ya da bilməməzlikdən qorumaması nəticəsində meydana gəldi. Xüsusən də Türkiyənin İraqa yersiz müdaxiləsi problemlərin daha da irəli getməsi və dərinləşməsi ilə nəticələndi”.

 

 Akif Heydərli əlavə edib ki, Türkiyənin Suriyadakı  hərbi və digər istiqamətdə müdaxiləsinə bu cür yanaşmaq olar: “ Türkiyənin hər bir addımında ABŞ-ın izi görünür. Türkiyə nə ABŞ-ın istəklərinin tam əksinə gedə bilir, nə də ki, Tramp administrasiyasını dəstəkləməkdən vaz keçir. Türkiyənin mövqeyi bu qədər sual altındadır”.

 

Politoloqun sözlərinə görə, Türkiyə ərazisində NATO qüvvələri mövcuddur: “ Buna baxmayaraq Türkiyə, İran və Rusiyanın Suriya ilə bağlı müəyyən fikirlərini dəstəkləyir. Digər tərəfdən isə Avropa ölkələrinin və xüsusən də ABŞ-ın istəklərinə müsbət yanaşır. Bu da Türkiyənin NATO hərbi alyansına qəbul olması ilə əlaqədardır”.

 

  

  • Yazılıb
  • da (də) 2018 Apr 17
  • Göndərən مدير سايت Aran News