Tarix : 2008 Jun 27
Kod 5498

Tehranın cümə namazının xütbələri

İslam qadını, onun üçün alçaq təfəkkürlər formalaşdıran ifratçı yollardan nicat verdi və Həzrət Zəhra (sə) kimi şəni əzəmətli və parlaq bir qadın nümunəsi dünyaya təqdim etdi.
Iran Servisi/Aran Agentliyi

Tehranın cümə namazının xitabətçisi vurğulayıb: İranın nüvə mövzusu yalnız məntiq və düzgün danışıq tərzindən istifadəsi yolu həll edilə bilər.
Tehranın bu günkü cümə namazının xitabətçisi cənab Əkbər Haşimi Rəfsəncani İranın nüvə mövzusu haqda 8 sənaye ölkəsinin ikili təşviq və tənbeh xarakterli bəyanatlarına işarə edərək deyib: Qeyd edilən danışıq tərzindən istifadə etmək Qərbin xeyrinə deyil və İran məntiq və düzgün söz eşitməklə nüvə mövzusu haqda müzakirələrin davamı haqda dialoqa hazırdır.
Haşimi Rəfsəncani habelə amerikalı işğalçıların İraqdakı iştiraklarının davamı və onların İraqın daxili işlərinə müdaxilə etmələrini qeyd edilən ölkə xalqına çoxlu problemlərin qəbul edilməsinə səbəb bilibdir ki, sonda bütün məntəqənin əmin-amansızlıq və səbatsızlıqla üzləşdirəcəkdir.
Tehranın imam cüməsi öz söhbətlərinin davamında Peyambər Əzəm (s.ə.s)-in əziz qızı Həzrət Fatimə Zəhra (sə)-ın mübarək viladəti gününü əziz saxlayaraq deyib: İslam qadını, onun üçün alçaq təfəkkürlər formalaşdıran ifratçı yollardan nicat verdi və Həzrət Zəhra (sə) kimi şəni əzəmətli və parlaq bir qadın nümunəsi dünyaya təqdim etdi.

  • Yazılıb
  • da (də) 2008 Jun 27