Tarix : 2018 Apr 17
Kod 54980

Gürcüstanın Azərbaycana borcu açıqlanıb

Cari ilin martın 31-nə olan məlumata əsasən, Gürcüstanın Azərbaycana olan xarici borcu açıqlanıb

Arannews-APA-nın yerli bürosunun Gürcüstan Maliyyə Nazirliyinə istinadən verdiyi xəbərə görə, fevral ayı ilə müqayisədə qonşu ölkənin Azərbaycana borcu dəyişməz olaraq qalıb.

 Gürcüstanın ümumi xarici dövlət borcu aylıq müqayisədə 0,09% azalaraq 5 mlrd. 298,278 mln. dollar təşkil edib. Bu məbləğin 5 mlrd. 211,046 mln. dolları hökumətin payına düşür.

 Qonşu ölkənin ən çox Almaniya (297,976 mln. dollar), Yaponiya (222,668 mln. dollar) və Fransaya (216,518 mln. dollar) borcu var.

 Gürcüstanın qonşu Türkiyə, Rusiya və Ermənistana  borcu fevral ayı ilə müqayisədə dəyişməz qalaraq, müvafiq olaraq 16,281 mln., 68,159, mln. və 9,710 mln. dollar təşkil edib


  • Yazılıb
  • da (də) 2018 Apr 17
  • Göndərən مدير سايت Aran News