Arannews-İslamazeri.com xəbər verir ki, dünən İstanbulda Eminönü meydanında "Şeyx Zəkzakiyə azadlıq" şüarı ilə aksiya keçirilib.
Ağır xəsarət yetirildikdən sonra həbs edilmiş Nigeriya şiələrinin lideri Şeyx İbrahim Zəkzaki görmə qabiliyyətini itirmək üzrədir.
"Zəkzakiyə azadlıq platforması" dünən Eminöndə biraraya gəliblər. Mərasimə Türkiyənin “Əhli-Beyt (ə) alimləri dərnəyi”-nin sədri Kadir Akaras, ilahiyyatçı Musa Aydın və jurnalist Nürəddin Şirin də qatılıb.
Aksiyada ABŞ, İngiltərə, Səudiyyə və Nigeriya əleyhinə şüarlar səsləndirilib.