Tarix : 2018 Apr 18
Kod 54989

Bəşər Əsəd: “Kimin silahının geri qalmış olduğunu görürük”

Suriyanın prezidenti Bəşər Əsəd Dəməşqə səfər edən Rusiyalı deputatlardan ibarət nümayəndə heyətini qəbul edib.

Arannews-Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, rusiyalı deputat Dmitriy Sablinin görüşdən sonra verdiyi məlumata görə, B.Əsəd qonaqlarla söhbətində belə deyib: “ABŞ-ın təcavüzkarlığını gördük. Bu təcavüzkarlığı 1970-ci illərdə istehsal olunan raketlərlə almağı bacardıq. 1990-cı illərdən başlayaraq, Amerika filmlərində Rusiya silahları geri qalmış kimi göstərilir. Bu gün kimin silahının geri qalmış olduğunu görürük”.

 Görüşdən sonra açıqlama verən rusiyalı deputat Sergey Jeleznyak da, B.Əsədin ABŞ, Böyük Britaniya və Fransanın raket hücumlarının dəf olunmasında istifadə edilən Sovet silahlarından tərif dolusu danışdığını bildirib.

Nümayəndə heyətinə başçılıq edən Sablin, B.Əsədin görüşdə bunları dediyini qeyd edib: “İnfrastrukturun yenidən inşası çox mühüm bir məsələdir. Qiyməti ən azı 400 milyard dollar olacaq. Bunun üçün 10 ilə 15 ilə ehtiyac var”.

 O, Suriya liderinin, həmçinin başda neft və qaz istehsalı olmaqla bütün məsələlərdə Qərb şirkətlərini gözləmədiklərini açıqladığını bildirib. “Bunu əvvəllər Soçidə (Rusiya prezidenti Vladimir) Putinlə görüşdə də dedim. Burada Rusiya şirkətlərinin işləməsini istəyirik, onların sürətlə irəliləməsinə inanırıq. Rusiya şirkətlərinə bütün imtiyazlar təqdim ediləcək”.

  • Yazılıb
  • da (də) 2018 Apr 18
  • Göndərən مدير سايت Aran News