Tarix : 2018 Apr 18
Kod 54990

"Hizbullah": "Suriyaya hücuma qarşı hərbi cavaba ehtiyac duymuruq"

Hədəf14.az Eastnews.org-a istinadən verdiyi xəbərə görə, Livan "Hizbullah" hərəkatının baş katibinin müavini ABŞ-ın Suriyaya qarşı təşkil etdiyi hücumlarda məqsədlərinə çatmadığını deyib.

Arannews-Hədəf14.az Eastnews.org-a istinadən verdiyi xəbərə görə, Livan "Hizbullah" hərəkatının baş katibinin müavini ABŞ-ın Suriyaya qarşı təşkil etdiyi hücumlarda məqsədlərinə çatmadığını deyib.Şeyx Nəim Qasim Livanın "Əl-Mayadin" telekanalına verdiyi açıqlama zamanı "ABŞ prezidenti Donald Tramp qlobal müharibəyə daxil omağın ölkəsi üçün zərərli olduğunu anlayıb. Suriya təcavüzü özünü göstərməkdən başqa bir şey deyildi. Suriyadakı üçtərəfli hücum məqsədlərinə çatmadı. Çünki bu ölkədə heç nə dəyişmədi. Bu təcavüz nəticəsində üç nəfər yaralanıb və daha əvvəl bombalanan ərazilər yenidən bombalanıb", - deyib.ABŞ-la müttəfiqlərinin Suriya hücumuna qarşı hərbi cavaba ehtiyac duyulmadığını bildirən Şeyx Nəim Qasim qeyd edib ki, atılan 100 raketin 70-i Suriya hava müdafiə sistemi tərəfindən məhv edilib, bu hücumunun müvəffəqiyyətsiz olduğu mənasına gəlir"Hizbullah" hərəkatının Suriyada marağı olmadığını bildirən Şeyx Nəim Qasim "Bizim üçün əhəmiyyətli olan Suriyanın güclü bir dövlət kimi ayaqda dayanmasıdır", - deyib.



  • Yazılıb
  • da (də) 2018 Apr 18
  • Göndərən مدير سايت Aran News