Tarix : 2018 Apr 19
Kod 55001

“DekaBank”ın fond direktoru dindiriləcək

Bakı Ağır Cinayətlər Məhkəməsində 5 milyon manatı mənimsəməkdə təqsirləndirilənlər – “DekaBank”ın İdarə Heyətinin sabiq sədri Niyazi Vəliyev və bankın Maliyyə Departamentinin keçmiş direktoru Bəhram Hüseynovun məhkəməsi keçirilib.
Arannews-Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə banka göndərilən sorğuya gələn cavab elan edilib. 

Müdafiə tərəfi vəsatət verərək Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Vüqar Abdullayevin əlavə şahid qismində dindirilməsini istəyiblər. 

 

Məhkəmə vəsatəti təmin edib və növbəti iclasların birində V.Abdullayev ifadə verəcək. 

Proses aprelin 25-də davam etdiriləcək. 

Qeyd edək ki, adıçəkilən şəxslər mənimsəmədə, dələduzluqda, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı etməkdə ittiham edilirlər. İttihama görə, bu ilin iyul ayında ləğv edilən “DekaBank”a bu cinayət işi üzrə 5 milyon manat ziyan dəyib. “DekaBank”da yeyintilərlə bağlı daha 6 vəzifəli şəxs cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb olunub.


  • Yazılıb
  • da (də) 2018 Apr 19
  • Göndərən مدير سايت Aran News