Tarix : 2018 Apr 19
Kod 55003

İŞİD-ə qoşulmaqda ittiham olunan 3 azərbaycanlı qadın edam olunacaq - İraqda

Terror qruplaşmasının üzvü olmaqda ittiham edilən Azərbaycanın 3 qadın vətəndaşı İraqda edam olunacaq
Arannews-İslamazeri.com İraq mediasına istinadən xəbər verir ki, İŞİD terror qruplaşmasının üzvü olmaqda ittiham edilən Azərbaycanın 3 qadın vətəndaşı İraqda edam olunacaqlar. 

Məlumata görə, məhkəmə qərarı ilə İŞİD terror qruplaşmasına üzv olan adları açıqlanmayan 3 Azərbaycan vətəndaşı olan qadına ən ağır hökm - edam elan olunub.

Adətən qadınlar İŞİD-ə qoşulma səbəblərini, ərlərinin terror qruplaşmasının üzvü olmaları ilə əsaslandırmağa çalışırlar.

Qeyd edək ki, Türkiyə vətəndaşı olan 22 qadına da fevral,  aprel ayları ərzində keçirilən məhkəmələrdə edam hökmü oxunub. Türk höküməti ekstradisiya üçün çalışsada, İraq höküməti hələki bu istəyə müsbət cavab verməyib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məsələyə münasibət bildirərkən deyib ki, İraqda olan azərbaycanlıların məsələsi Azərbaycanın İraqdakı səfirliyinin daimi diqqət mərkəzindədir.

"Hələlik bu sahədə müsbət yenilik yoxdur, amma Azərbaycanın İraqdakı səfirliyi məsələlərin həllilə bağlı istər İraq hakimiyyəti, istərsə də ölkənin hüquq-mühaifzə orqanları ilə sıx əlaqədədir və bu əlaqə davam edir", - deyə XİN rəsmisi əlavə edib.

Xatırladaq ki, İŞİD və digər vəhabi terror qruplaşmalarına Azərbaycandan da qoşulanlar olub. Onların bir hissəsi öldürülüb, bir hissəsi isə İraq güc strukturları tərəfindən həbs olunublar. Lakin İraq qanunları terror qruplaşmasına qoşulanlar haqqında ən ağır hökmü - edamı tətbiq edir.


  • Yazılıb
  • da (də) 2018 Apr 19
  • Göndərən مدير سايت Aran News