Tarix : 2018 Apr 19
Kod 55004

Fransa prezidenti hicab barədə: Tam müsbət yanaşmasam da...

Makron müsəlman xanımların hicab geyinmək hüququ ilə bağlı rəyini bildirib.

Arannews-İslamazeri.com-un verdiyi xəbərə əsasən, Fransa Prezidenti Emmanuel Makron müsəlman xanımların hicab geyinmək hüququ ilə bağlı rəyini bildirib.
Belə ki, Makronun sözlərinə görə, müsəlman xanımların hicab geyinmələrinin "onun elə də xoşuna gəlməməsinə" baxmayaraq, Fransa kimi demokratik dövlətdə müsəlman xanımlar istəsələr, hicab geyinmək hüququna sahibdirlər. Bu haqda The Express məlumat dərc edib.
"Mən qapanmış qadınlara hörmətlə yanaşıram, lakin onların öz seçimləri əsasında örtündüklərinə əmin olmaq istəyərdir.", - deyə Makron bildirib.
Onun sözlərinə görə, Fransa dünyəvi ölkə olsa da, cəmiyyəti bu cür deyil, buna görə də dindar qadınlar istədikləri kimi geyinmək hüququna sahibdirlər.
  • Yazılıb
  • da (də) 2018 Apr 19
  • Göndərən مدير سايت Aran News