Tarix : 2018 Apr 19
Kod 55005

Vəhabi terrorçuların növbəti azğınlığı: 12 yaşlı uşağın başı kəsildi

İŞİD-in bu dəfəki dəhşətli cinayəti Türkmənistanla sərhəddə baş verib
Arannews-İslamazeri.com-un "Islam Today"-ə istinadən verdiyi xəbərə əsasən, İŞİD terror təşkilatının bütün zalımlıq və vəhşiliyini əyani şəkildə nümayiş etdirən şokedici hadisə Əfqanıstanın Türkmənistanla sərhəddə yerləşən Cauzcan əyalətində baş verib.

İŞİD terrorçuları burada 12 yaşlı oğlan uşağına amansızcasına divan tutublar. Terrorçular iddia ediblər ki, uşaq, guya ki, polislərə kömək edib.
Yerli polisdən bildiriblər ki, terrorçularının bu vəhşiliklərini səbəbi həmin uşağın polislərdən birinə içərisində yemək olan paketi verməsi olub.

Qeyd edilir ki, həmin polis uşağın qohumu olub.
Bu haqda xəbər tutmuş terrorçular, ilk əvvəl uşağı qaçırıblar və onu 1 ay ərzində əsir saxlayıblar, daha sonra isə, terrorçuların "məhkəməsinin qərarından" sonra, uşağın başını kəsiblər.
Bölgədəki din xadimləri baş vermiş hadisəni "insanlıq əleyhinə cinayət adlandırıblar".


  • Yazılıb
  • da (də) 2018 Apr 19
  • Göndərən مدير سايت Aran News