Tarix : 2018 Apr 20
Kod 55008

Tramp səfirliyin Qüdsə köçürülməsinin gələn ay baş tutacağını bildirib

Tramp səfirliyin Qüdsə köçürülməsinin gələn ay baş tutacağını bildirib
Arannews-İslaminSesi.info TasnimNews-a istinadla xəbər verir ki, Donald Tramp İsrail baş naziri Benyamin Netanyahuya məktub yazaraq sionist rejiminin 70 illiyi ilə bağlı ona təbrik deyib. 

Tramp bu təbrik əsnasında bildirib ki, Amerikanın İsraildən yaxşı dost ölkəsi yoxdur və biz gələn ay səfirliyimizi Təl-Əvivdən Qüdsə köçürəcəyik.

 Qeyd edək ki, ABŞ Konqresi 1996-cı ildə Qüds şəhərini İsrailin paytaxtı kimi tanımışdı. Donald Tramp isə bu seçki kompaniyası zamanı yəhudi lobbisinə vəd etdiyi kimi, qərarın həyata keçiriləcəyini də ötən il rəsmən elan edib.

 Gələn ayın 14-ü sionist rejimi İsrailin təsisinin 70 illiyini qeyd etdikləri halda fələstinlilər də "Nikbət" (bədbəxtlik) gününü anacaqlar.

 


  • Yazılıb
  • da (də) 2018 Apr 20
  • Göndərən مدير سايت Aran News