Tarix : 2018 Apr 20
Kod 55010

Mirşahinin qardaşının azadlıq istəyi reallaşmadı

ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayevin qardaşı, dələduzluqda təqsirləndirilən Mirəddin Ağayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə yeklunlaşıb.

Arannews-Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Apellyasiya Məhkəməsinin hakimi Elşad Şamayevin icraatıda olan prosesdə elan edilən qərara əsasən M.Ağayevin şikayəti təmin edilməyib və o, həbsdə saxlanılıb.İttihama görə, M.Ağayev vətəndaş Qəzənfər Qəzənfərovdan 2 min manat alıb qaytarmadığı üçün həbs edilib. İstintaq zamanı müəyyən edilib ki, o, 4 nəfərdən 86 min manat alaraq dələduzluq edib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Ağayev 3 il müddətinə azadlıqdan məhrum edilib.O, hökmdən şikayət verərək ona şərti cəza verilməsini və azadlığa buraxılmasını istəyib.

  • Yazılıb
  • da (də) 2018 Apr 20
  • Göndərən مدير سايت Aran News