Tarix : 2018 Apr 20
Kod 55014

Axtarışda olan 49 nəfəri polis tutdu

Saxlanılanlardan 34-ü borca görə gizlənirmiş Ötən gün ölkə ərazisində 129 cinayət faktı qeydə alınıb.

Arannews-Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Hədəf14.az-a verilən məlumata görə, baş verən cinayətlərdən 26 hadisə “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 49, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2, borclu şəxs qismində axtarışda olan 34 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 12 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.

  • Yazılıb
  • da (də) 2018 Apr 20
  • Göndərən مدير سايت Aran News