Tarix : 2018 Apr 21
Kod 55019

Rövşən Əhmədli: Ermənistan Rusiyadan xilas olmaq gücündə deyil

Artıq bir həftəyə yaxındır ki, Ermənistanda kütləvi aksiyalar davam edir. Narazı kütlənin etirazı sabiq prezident Serj Sarkisyanın baş nazir olmasıdır. Mitinq iştirakçıları parlament idarəçiliyi dövründə Serj Sarkisyanın baş nazir olmasını istəmir. Bəs həqiqətdə bu aksiyaların arxasında nə durur və bu etirazlar öz səmərəsini verə biləcəkmi?

Arannews-FaktXeber.com məsələ ilə əlaqədar politoloq Rövşən Əhmədlidən münasibət öyrənib.R.Əhmədli bildirdi ki, ümumilikdə seçkilər hər bir ölkənin həyatında çox mühüm mərhələdir: “Yəni həm namizəd, həm də seçkidə iştirak edənlərin üzərinə məsuliyyət düşür. Xalq öz müqəddaratını müəyyənləşdirmək üçün səslərini etimad etdikləri insanlara verirlər. Ermənistan kimi ölkədə xalq mübarizə aparsa da, seçkinin nəticəsi əvvəldən müəyyən olunub. Bu ölkədə azad, demokratik, şəffaf seçkilərin keçirilməsi mümkün deyil.”Siyasətçi bildirir ki, burda ilk növbədə Ermənistan kimi ölkənin Rusiyanın təsirindən çıxmasına yönəlik proseslər gedir: “Prezident Sərkisyan Qərbyönümlü, Qərbə inteqrasiyanı tərəfdarı olan Rusiya təəbəələrindən çıxmaq istəyən qüvvələrin namizədi, Serj Sarqsayn isə rejimin başçısıdır. Hər halda proseslər inkişaf edəcək və nəticələr Rusiyanın mövqeyindən, vəziyyətindən, orda gedən proseslərdən asılı olacaq. Əgər Rusiyada Putin dönəmi yekunlaşacaqsa, ölkədə dərin dəyişikliklər baş verəcəksə, onda Ermənistana da bu öz təsirini göstərəcək. Və bundan istifadə edən erməni cəmiyyəti təbii ki, çalışacaq öz gələcəyini Qərblə bağlasın. Yəni bütün məsələlərdə Ermənistan düşmən olsa da, daha praqmatik addımlar atır, ölçülü-biçili hərəkət edir və bütün halda Ermənistan dövlətinin müstəqilliyinə çatmaq istəyirlər. Görünən budur. Hər halda Ermənistan Rusiyanın forpostudur və bundan xilas olmaq elə də asan deyil, o imkanda, o gücdə deyillər.  Hələ də Rusiyadan asılıdırlar. Ermənistan bugünkü varlığına, dövlətinə, işğal etdikləri Azərbaycan torpaqlarına, yalançı tarixlərini təbliğ eləmələrinə görə Rusiyaya borcludurlar və bunu unutmurlar. Amma sabah Rusiya çökərsə, bu ölkənin özündə çox ciddi dəyişikliklər baş verərsə, Moskvanın ətəyindən yapışıb qalmaq fikirləri yoxdur. Buna görə də, ağalarını dəyişmək problemləri də yoxdur. Onların mili maraqlarını qorumağa yönəlik siyasətləri var. Düşünürəm ki, buütün məsələlər Rusiyadakı proseslərdən asılı olacaq. Ermənistan bu məsələlərdə Rusiya variantını gözə alır.”

“Etirazçılara qarşı hüquq-mühafizə orqanlarının münasibəti barədə nə deyə bilərsiz” sualına isə R.Əhmədlinin cavabı belə oldu: “Düşünsək ki, Ermənistan hakimiyyəti yalnız axmaqlardan ibarətdir, bu, düz deyil. Necə axmaq ola bilərlər ki, 25 ildən artıqdır Azərbaycan torpaqlarını işğal ediblər və bu gün oranın tam sahibi kimi işlərini görə bilirlər. Nə qədər zəif olsalar da, məğlub durumda olan, torpaqlarını itirən, əhalisi qovulan, təhqir olunan Azərbaycandır. Bu gün Ermənistanda gedən proseslərdə xalqa qarşı amansız rəftar eləməmək də onu göstərir ki, orada hakimiyyət sevdası, şəxsi maraqlar Ermənistanın maraqlarından üstün həddə deyil. Bu gün mitinqdə etiraz edən insanlar da bu maraqlardan çıxış edirlər. Düşünərm ki, dinc, sivil mübarizəni ordu gücünə yatırmaq yalnız dövlətə zərbə vura bilər.”Qeyd edək ki, Ermənistan Parlament İdarəçiliyinə keçib. Bununla da bütün səlahiyyətlər baş nazirə verilib.

  • Yazılıb
  • da (də) 2018 Apr 21
  • Göndərən مدير سايت Aran News