: Bəşəriyyəti aludə edən bu nəhs fenomen böyük qüdrətlərin himayəsi altındadır.
Iran Servisi/Aran Agentliyi
BMT-nin İrandakı narkotik maddələrlə mübarizə borusunun nümayəndəsi Roberto Orbit Riyo İranın narkotik maddələrlə mübarizədəki davamlı səylərinə görə təşəkkür edərək deyib: İran narkotik maddələrlə mübarizədə tam öndədir.
BMT-nin bu rəsmisi İranın narkotiklərlə mübarizədəki fəaliyyətini fövqəladə adlandıraraq əlavə edib: İran öz öhdəliklərinə əməldə xüsusi ilə narkotik maddələrlə mübarizəyə büdcə və insan qüvvəsinin yönəldilməsində fövqəladə əməl edibdir.
Roberto Orbit Riyo qeyd edilən sözləri narkotik maddələrlə mübarizə üzrə beynəlxalq gündə və bu münasibətlə Tehranda keçirilən mərasimdə söyləyib.
Narkotik maddələrlə mübarizə üzrə beynəlxalq gün münasibəti ilə İİR-nın prezidenti doktor Mahmud Əhmədinejad da bir müraciətdə narkotik maddələrin yayılmasını insani kəramətə istila və insanların istismar, təhqir edilməsi və onların hüquqlarına təcavüz etmək üzrə bir vasitə adlandıraraq vurğulayıb: qeyd edilən nəhs fenomen böyük qüdrətlərin himayəsi altındadıraraq vurğulayıb: Bəşəriyyəti aludə edən bu nəhs fenomen böyük qüdrətlərin himayəsi altındadır.