Tarix : 2008 Jun 27
Kod 5503

NƏRİMANOV RAYONUNDA İNTİHAR HADİSƏSİ

Faktla bağlı Nərimanov rayon Prokurorluğuda Azərbaycan Cinayət Məcəlləsinin 125-ci (özünü öldümə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Azerbaijan Servisi/Aran Agentliyi
Qatarın təkərləri altına düşən Abdulla Abdullayevin başı bədənindən ayrılıb.

Nərimanov rayonu ərazisində intihar hadisəsi baş verib. Bakı Dəmir Yolu Nəqliyyatında Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, rayon sakini 47 yaşlı Abdulla Abdullayev Keşlə dəmir yolu stansiyasındakı qatarları çeşidləmə parkının ərazisində özünü qatarın altına ataraq intihar edib. Nəticədə qatarın təkərləri altına düşən A. Abdullayevin başı bədənindən ayrılıb. Faktla bağlı Nərimanov rayon Prokurorluğuda Azərbaycan Cinayət Məcəlləsinin 125-ci (özünü öldümə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
  • Yazılıb
  • da (də) 2008 Jun 27