Tarix : 2018 Apr 22
Kod 55034

Bağdad Suriya ərazisində İŞİD-ə qarşı hücumlarını davam etdirəcək

İraqın müştərək əməliyyat qərargahının sözçüsü deyib: İraq əleyhinə İŞİD təhlükəsinin olduğu zamana kimi Bağdad Suriya ərazisində bu terror qruplaşmasına qarşı hücumlarını davam etdirəcək.
İraq hökuməti cümə axşamı(19 aprel) bu ölkə qırıcılarının Suriya ərazisində İŞİD terrorçularının mövqelərinə zərbələr endirməsindən xəbər verib. Bu hücum əmri İraq əleyhinə İŞİD təhlükəsinin mövcud olmasına görə, baş nazir və İraq silahlı qüvvələrinin ali baş komandanı Heydər Əl-İbadi tərəfindən verili.

Bundan öncə də İraq qırıcıları Suriya hökumətinin razılığı əsasında bu ölkə ərazisində İŞİD-in mövqelərinə zərbələr endirmişdilər.

İraqın başnaziri Heydər Əl-İbadi çərşənbə günü etdiyi çıxışında ölkəsinin təhlükəsizlik qüvvələrinin İŞİD terrorçularını sadəcə İraq ərazisində deyil, bütün məntəqədə təqibə alacaqlarından xəbər verib


  • Yazılıb
  • da (də) 2018 Apr 22
  • Göndərən مدير سايت Aran News