Tarix : 2018 Apr 23
Kod 55039

İrəvanda 10 minlərlə insan mitinq keçirir

İrəvanın "Respublika" meydanın 10 minlərlə insan eks-prezident Serj Sarqsyanın baş nazir seçilməsinə etiraz olaraq aksiya keçirirlər.

Arannews-FaktXəbər-in "RİA Novosti"yə istinadən məlumatına görə, son 10 gündə ilk dəfə olaraq axşam mitinqi rəhbərliksiz keçirilir. Buna səbəb isə şənbə günü Armen Qriqoryan və David Sansaryanın, bu gün isə deputatlar Nikol Paşinyanın, Sasun Mikaelyanın və Ararat Mirzoyanın baş nazir Serj Sarqsyanın tapşırığı ilə həbs edilməsidir.Mitinqi hələlik Paşinyanın "Vətəndaş Razılaşması" Partiyasının üzvü Alen Simonyan aparır. Amma əsas oratorun kim olacağı bilinmir.Ermənistan prezidenti Armen Sarkisyan isə ölkədəki vəziyyətin təhlükəli həddə çatdığını bildirərək, tərəfləri təmkinli olmağa və dialoq qurmağa çağırıb.

  • Yazılıb
  • da (də) 2018 Apr 23
  • Göndərən مدير سايت Aran News