. Forum çərçivəsində Rusiya, Qazaxıstan, Türkmənistan və Azərbaycannümayəndə heyətləri rəhbərləri və dünyanın iri enerji şirkətlərinin başçılarının görüşləri nəzərdə tutulur
Russia Servisi/Aran Agentliyi
İyulun 16-da Moskvada Xəzər enerji forumu keçiriləcək. Rusiya paytaxtında bu ölkənin Xarici İşlər, Energetika Nazirlikləri və bir sıra rəsmi orqanların təşkilatçılığı ilə keçiriləcək toplantıya Xəzəryanı ölkələrin hökumət başçıları qatılacaq. Forumda Xəzərdə enerji təhlükəsizliyi, neft-qaz infrastrukturu, investisiya proseslərinin daha da sürətləndirilməsi, Xəzər dənizi regionunda beynəlxalq enerji sahəsində əməkdaşlıq, o cümlədən dənizin hüquqi statusu ilə bağlı müzakirələr aparılacaq.
Toplantıda Xəzəryanı ölkələrin, o cümlədən Azərbaycanın enerji nazirləri dəvət alıb. Forum çərçivəsində Rusiya, Qazaxıstan, Türkmənistan və Azərbaycannümayəndə heyətləri rəhbərləri və dünyanın iri enerji şirkətlərinin başçılarının görüşləri nəzərdə tutulur.