Tarix : 2018 Apr 23
Kod 55044

İsrailin hərbi kəşfiyyatının sabiq rəhbəri: İranın Suriyadakı varlığı ilə yaşamaq məcburiyyətindəyik

İsrailin hərbi kəşfiyyatının sabiq rəhbəri İsrail üçün may ayında böyük imtahanların gözlənildiyini bildirib

Arannews- İslamazeri.com-un İsrail mediasına istinadən verdiyi xəbərə görə,  İsrailin hərbi kəşfiyyatı - AMAN-ın sabiq rəhbəri Amos Yadlin İsrail üçün may ayında böyük imtahanların gözlənildiyini bildirib. 22 apreldə keçirilən Ynet portalının studiyasında sualları cavablandıran sabiq kəşfiyyatşı 1967-ci ildən sonra bu may ayının İsrail üçün ən təhlükəli ay olduğunu bildirib.

Yadlinin sözlərinə görə, ABŞ-ın nüvə razılaşmasından çıxmasından sonra İran İsrailə qarşı hər hansı bir addım ata bilər. Çünki İsrailin Suriyadakı hərrbi bazaları bombalamasından sonra bu məsələ iranlıların gündəminə gəlib və Qəzza sərhədlərində də HƏMAS İsrail üçün ikinci cəbhəni açacağı istisna deyil

Sabiq kəşfiyyatçının sözlərinə görə, ABŞ-ın Qüdsdə səfirlik açması bu təhlükələri tezləşdirə bilər.

İranın təhdidlərindən danışan Yadlin "bu təhdidlərə nə ağlamaq, nə də boşa saymaq lazımdır" deyərək SEPAH komandanınln müavininin son "İşğal etdiyiniz torpaqların bütün nöqtələri şimal və qərbdən atəş altındadır. Sizin qaçmağa yolunuz yox və əjdahanın ağzında yaşayırsız", - açıqlamasına işarə edib.

 AMAN-ın sabiq rəhbəri İran Ordusunun İsrailin Hərbi Qüvvələrini tamamilə məhv etməsinin mümkünsüz gördüyünü bildirsədə, İran İsrailin varlığına ən böyük təhdid qaldığını qeyd edib. Onun sözlərinə görə, SEPAH İsraili İran ərazisindən bombalamağa qadir olduğu halda, paralel olaraq Suriya ərazisindən də bu imkanlara malikdir.

"Təbii İranlıların şimaldan "Hizbullah"ın əlilə İsrailə zərbə endirmək kimi güclü variantı var. Digər hücumlar isə İsrailə bağlı mərkəz və vətəndaşlar xaricdə hədəfə tuş gələ bilər; Bolqarıstandak hücumu misal gətirmək olar.", -deyə Yadlin əlavə edib.

 İsrail Ordusunun Suriyadakı əməliyyatları İranın Suriyadaı varlığına son qoymayacağını önə çəkən Yadlin "İranın Suriyadakı varlığı ilə yaşamaq məcburiyyətindəyik. Təhdidlər ciddidir, Çaxal bu təhdidlərə hazır olmalıdır", -deyə bildirib.

Qeyd edək ki, İsrailin təhlükəsizlik şurasının sabiq sədri ehtiyatda olan general-mayor Yaakov Amidror İsrailin İranla müharibəyə başlama ehtimalının yüksək oolduğunu bildirmişdi. 

 "İsrailin birbaşa İranla döyüşə girməsi qaçılmazdır. Ola bilsin bu müharibə çox ağır nəticələrə; çox sayda insan tələfatına səbəb olusun"., -deyə qeyd etmişdi. ƏTRAFLI

AMAN İsrail Ordusunun Qərargahında yerləşən hərbi kəşfiyyatdır. İsrailin ümumi təhlükəsizliyindən cavabdeh kəşfiyyat orqanı ŞABAK, həmçinin xarici və siyasi kəşfiyyatı ilə məşğul olan MOSSAD kimi AMAN, İsrail sionist rejimin üçüncü kəşfiyyat orqanı sayılır.

  • Yazılıb
  • da (də) 2018 Apr 23
  • Göndərən مدير سايت Aran News