Tarix : 2018 Apr 24
Kod 55049

Azərbaycan MN Ermənistanda vəziyyətlə əlaqədar bəyanat yayıb

Azərbaycan Respublikasinin Müdafiə Nazirliyi Ermənistanda vəziyyətlə əlaqədar bəyanat yayıb

Arannews-MN-dən APA-ya daxil olan bəyanatda deyilir: "Ermənistanda hakimiyyəti sona çatmış qanlı və cinayətkar rejimin tərəfdarlarının qoşunların təmas xəttində vəziyyəti gərginləşdirmək məqsədilə müxtəlif təxribatlara cəhd göstərəcəkləri istisna edilmir.

Bununla əlaqədar bildiririk ki, bütün cəbhəboyu zonada əməliyyat şəraiti Azərbaycan silahli qüvvələrinin  tam nəzarəti altındadır, və bu qüvvələr atəşkəs rejiminə ciddi riayət edir, gərginliyin artmasının tərəfdarı deyilik və cəbhə xəttində Müdafiə Nazirliyi tərəfindən heç bir hərbi texnikanın cəmləşməsi həyata keçirilmir.

Bəyan edirik ki, qoşunların təmas xəttində vəziyyətin kəskinləşməsinə yönələn istənilən düşmən təxribatının qarşısı dərhal, qətiyyətlə və sərt şəkildə alınacaq"



  • Yazılıb
  • da (də) 2018 Apr 24
  • Göndərən مدير سايت Aran News