“Kommersant” iddia edir ki, bu, Abxaziya lideri Sergey Baqapşın və Gürcüstanın BMT-dəki daimi nümayəndəsi İrakli Alasaniyanın may ayında Suxumidə müzakirə etdikləri planın bir hissəsidir.
Gorgia Servisi/Aran Agentliyi
Gürcüstan Rusiyaya Abxaziyanı təsir zonasına bölməyi təklif edib. Belə bir sensasion bəyanatla “Kommersant” qəzeti çıxış edib.
Qəzet yazır ki, rəsmi Tiflis Abxaziyanı faktiki olaraq iki təsir zonasına – Rusiyanın nəzarət edəcəyi böyük, Gürcüstanın nəzarətində qalacaq kiçik hissəyə bölməyi təklif edir. Bu zaman Abxaziyada formal olaraq Gürcüstanın suverenliyi bərpa olunacaq. Mənbələr təcili şəkildə Moskvaya dəvət edilən Abxaziya lideri Sergey Baqapşın Kremldə və Ağ Evdə keçirilən danışıqlar zamanı planla tanış olduğunu vurğulayırlar. Qəzet qeyd edir ki, Rusiya rəhbərliyinin birinci şəxsləri ilə davam edən bir neçə saatlıq müzakirələr Moskvanın təklifə ciddi yanaşdığını göstərir.
“Kommersant” iddia edir ki, bu, Abxaziya lideri Sergey Baqapşın və Gürcüstanın BMT-dəki daimi nümayəndəsi İrakli Alasaniyanın may ayında Suxumidə müzakirə etdikləri planın bir hissəsidir.