Tarix : 2018 Apr 24
Kod 55053

Ermənistanda bundan sonra yeni hakimiyyətdir və bu hakimiyyətin adı - Ermənistan xalqıdır - Nikol Paşinyan

"Mən bütün təklifləri dinlədim və öz tələbimi səsləndirdim - Serj Sarkisyan iki saat ərzində istefa verməlidir, elə də oldu"

Arannews-İslaminSesi.info. Bundan sonra Ermənistanda yeni hakimiyyət var. Bu barədə Ermənistanda keçirilən kütləvi xalq etirazları aksiyasının təşəbbüskarı, millət vəkili Nikol Paşinyan ötən axşam etdiyi çıxışında bildirib.

 O, srağagünkü saxlanması barədə açıqlama verib: "MTŞ-nin bir qrup əməkdaşı vaxt məni qaçıranda və Sevan polis şöbəsinə gizlicə aparanda mən onlarla zarafatlaşırdım, onlar başa düşmürdülər. Mən onlara deyirdim ki, Sarkisyanın hakimiyyəti daha yoxdur, Ermənistanda bundan sonra yeni hakimiyyətdir və bu hakimiyyətin adı da - Ermənistan xalqıdır". Onun sözlərinə görə, onu əvvəlcə təcridxanada saxlayırdılar və yüksək vəzifəli şəxslər oraya gəlməyə başlayanda başa düşüb ki, məxməri inqilab baş verib.

 


  • Yazılıb
  • da (də) 2018 Apr 24
  • Göndərən مدير سايت Aran News