Tarix : 2018 Apr 24
Kod 55055

Vəhhabi Səud rejimi Yəməndə toy mərasimini bombaladı; Azı 40 ölü – Foto

Səudiyyə Ərəbistanı aviasiyası növbəti dəfə cinayət törədərək , Yəmənin Həcca vilayətinin Bəni Qais şəhərinin Rəqa kəndində yerləşən şadlıq sarayını bombardman edib.

Arannews-Ağır bombardman nəticəsində azı 40 mülki vətəndaş həyatını itirib, onlarla insanın isə yaralanıb.Xatırladaq ki, Səudiyyə və müttəfiqləri mütəmadi olaraq Yəməndə mülki vətəndaşların toplaşdığı kütləvi mərasimlər, bazarlar və digər sosial obyektlərə zərbələr endirir.Qeyd edək ki, 2015-ci ildən bu günə kimi Səudiyyə Ərəbistanı və müttəfiqləri Yəmənə təcavüz edir. Hərbi təcavüz nəticəsində on minlərlə insan həyatını itirib, milyonlarla insan xəstəlik və məcburi köçükün vəziyyətinə düşüb. Dənizdən və havadan blokada ölkəyə zəruri ərzaq və tibbi ləvazimatın daxil olmasına mane olur. Hazırda blokada nəticəsində milyonlarla yəmənli ağır şərtlər altında yaşamağa məcburdur. Buna baxmayaraq, yəmənlilər döyüş meydanında təcavüzkarlara qarşı mübarizəni davam etdirirlər.

     

 

 

  • Yazılıb
  • da (də) 2018 Apr 24
  • Göndərən مدير سايت Aran News