Tarix : 2018 Apr 24
Kod 55057

Müsəlman qadın Pekin Film Festivalında "kamil qadın" rolunun ən yaxşı aktrisası seçildi

8-ci Beynəlxalq Pekin Film Festivalında müsəlman qadına "kamil qadın" nominasiyasının qalibi olub

Arannews-İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İranlı aktrisa Mina Sadati 8-ci Beynəlxalq Pekin Film Festivalında kamil qadın rolunun ən yaxşı aktrisası seçilib.

İRNA-nın məlumatına görə, Mina Sadati İsti Yay filmində aldığı rola görə bu mükafata layiq görülüb. 

"İsti yay" filmi boşanma zamanı ərindən 6 yaşlı qızını ala bilməyən, əşyalarını toplayaraq ərinin xəbəri olmadan şəhəri bir küncünə sığınan qadından bəhs edir. 

Pekin Film Festivalının ötən dövründə də iranlı qadın Gülab Adinə bu festivalın ən yaxşı qadın aktriası nominasiyasına layiq görülmüşdü.

Beynəlxalq Pekin Film Festivalı son illərdə Asiya film festivalları arasında böyük imic qazanıb. Dünyada da üç önəmli beynəlxalq film festivallarından biri sayılır. 

Beynəlxalq Pekin Film Festivalı 2011-ci ildən işə başlayıb və Çin hökumətinin dəstəyi ilə keçirilir. 

  • Yazılıb
  • da (də) 2018 Apr 24
  • Göndərən مدير سايت Aran News