Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Osmanlı imperiyasında 1915-ci il hadisələri zamanı həyatını itirən ermənilərlə bağlı İstanbuldakı Erməni Apostol Kilsəsində təşkil edilən mərasimin iştirakçılarına başsağlığı məktubu göndərib.
Arannews-APA-nın Türkiyə Prezident Administrasiyasının saytına istinadən verdiyi məlumata görə, R. T. Ərdoğan həyatını itirən Osmanlı ermənilərini hörmətlə yad etdiyini, onların övladlarına və nəvələrinə başsağlığı verib.Türkiyə prezidenti türk xalqının tarix boyunca ağrı-acıları bir-birindən fərqləndirmədiyini, müqayisə etmədiyinin, bu acıları paylaşdığını qeyd edib: “Bu gün də biz bu mirasımıza sadiq qalaraq qardaşlığı, sülh və sabitliyi gücləndirməyə çalışırıq. Erməni vətəndaşlarımızın tarixdə yaşadıqları acıları paylaşmaq türk millətinin vicdan və əxlaqının tələbidir. İnşallah, qarşıdakı dönəmdə də sizlərin dərdlərinizə ortaq olmağa, problemlərinizin həlli yolunu tapmağa kömək edəcəyik.Erməni vətəndaşlarımızın da mədəniyyətimizə, bəşəri, siyasi və iqtisadi həyatımıza töhfələrini artıracağına inanıram. Sizin bu günə qədər olduğu kimi, bundan sonra da ortaq tariximizi təhrif edərək kin, nifrət və qisasa çağıranlara fürsət verməyəcəyinizə əminəm. Bir daha Birinci Dünya müharibəsi illərində həyatını itirən Osmanlı ermənilərinin xatirəsini hörmətlə yad edirəm