Tarix : 2018 Apr 25
Kod 55063

Həmsədr Ermənistanda baş verənlərin Qarabağ münaqişəsi ilə bağlı prosesdə ABŞ-ın iştirakına necə təsir edəcəyinə aydınlıq gətirib

"ABŞ Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllini güclü şəkildə dəstəkləməyə davam edir”.

Arannews- APA-ya açıqlamasında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Endryu Şofer Ermənistanda baş verən son hadisələrin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh prosesində ABŞ-ın iştirakına necə təsir edəcəyi ilə bağlı suala cavabında deyib.

O bildirib ki, ATƏT-in Minsk qrupunun üzvü kimi tərəflərlə sülh yolu ilə həllin tapılması işində aktiv işləməyə davam edəcək: “ABŞ həmçinin tam olaraq həmsədrlərin ötən gün verilmiş bəyanatını dəstəkləyir. Bu bəyanatda həmsədrlər tərəfləri atəşkəsə hörmət etməyə və təmas xəttində gərginliyin azaldılması üçün təcili tədbirlər görməyə çağırıb.

ABŞ-ın siyasəti sabit olaraq qalır. Münaqişəsinin yeganə həlli güc tətbiq etməmək, ərazi bütövlüyü və öz müqəddəratını təyin etmə prinsiplərini özündə əks etdirən beynəlxalq hüquqa əsaslanan danışıqlar yolu ilə mümkündür”.

  • Yazılıb
  • da (də) 2018 Apr 25
  • Göndərən مدير سايت Aran News