Fələstinli Carah Əl-Havamdəh məktəbinə yardım toplamaq üçün tək ayağı ilə Everest dağının zirvəsinə çıxıb.
Arannews-Deyerler.org Jordantimes-ə istinadən xəbər verir ki, İordaniyada bir qaçqın düşərgəsində yaşayan və sümük xərçəngi səbəbilə 15 yaşında sağ ayağını itirən Carah Əl-Havamdəh, tək ayağının olmasına baxmayaraq, dünyanın ən yüksək dağı olan Everestə qalxmağı bacarıb.
O, bunda məqsədinin təhsil aldığı BMT-nin Yaxın Şərq Fələstin Qaçqınlarına Yardım İdarəsinə (UNRWA) məxsus məktəbin bağlanmaması üçün yardım toplamaq olduğunu deyib. Dağa dırmaşma vaxtı fərqlilik yaratmaq üçün bir video çəkən Carah, həmin videoda belə qeyd edib: “Bir söz demək istəyirəm. Mesajımı çatdırmaq üçün dünyanın ən zəif yerindən dünyanın ən hündür yerinə gəldim. 10 ildir ki, oxuduğum məktəbə dəstək vermək üçün, dünyaya heç bir şeyin mümkün olmadığını sübut etmək üçün buradayam. Mümkünsüz deyə bir şey yoxdur, bunu sübut etmək üçün tək ayağımla buraya gəldim”.
Səhər saat 08:00-dan axşam saat 18:00-a qədər yeridiyini qeyd edən fələstinli gənc, belə bildirib: “Yorulmuşam, darıxdım, amma davam edəcəyəm. Ammanda bu xəyali reallaşdırdığımı görmək üçün məni gözləyənlər var”.
Əlindəki plakatda yazılı mesajı bütün dünyaya çatdırmaq istədiyini deyən Carah, məktəbinin bağlanmaması üçün burada olduğunu bildirib.
Aprelin 3-ü dağa dırmaşmağa başlayan Carah Əl-Havamdəh, 17500 addımdan sonra 14 apreldə zirvəyə çatıb. 2015-ci ildə Kilimancaro dağına da qalxan 22 yaşlı Carah, burada xərçəng xəstələrinə “heç bir şey mümkünsüz deyil” mesajını da vermişdi.