Fransalı keşiş Mişel Dyubust İmam Əlinin (ə) hərəmini ziyarət edib.
Arannews-Fransalı xristian keşiş hərəmi ziyarət etdikdən sonra deyib: “Mən Paris şəhərinin yaxınlığında yaşayan katolik keşişəm. Necə il Parisdə “Dinlər Arasında Dialoq Mərkəzində” Fransa müsəlmanları və xristianları arasında əlaqələndirmə məsuliyyətini icra etmişəm. Müxtəlif din və məzhəblərin ardıcılları arasında davamlı görüş və dialoqların baş tutması çox mühümdür. Müsəlmanlar və katolik kilsəsi arasında əlaqə yaratmağın çox tərəfdarı olmasam da, müsəlmanlar və bütün xristianlar arasında ikitərəfli əlaqələrin yaranmasına inanıram.
İmam Əlinin (ə) hərəminin ziyarətçisi daha sonra deyib: “Nəcəf şəhəri və İmam Əlinin (ə) hərəmi çox mühüm beynəlxalq bir mərkəzdir. Bu məkanda insanların öz Pərvərdigarına necə ibadət və razü-niyaz etmələrini, namaz qılmalarını dərk edə bilərik.”
Fransalı keşiş əlavə edib: “Mənəviyyatın hiss olunduğu İraqın müqəddəs məkanlarında dinlər arasında dialoq atmosferinin yaranmasına şahid ola bilərik. Burada görürük ki, insanlar bu müqəddəs şəxsiyyətlərin vasitəsilə sadiqcəsinə və xalis imanla Allaha yaxınlaşmağa çalışırlar.”