Tarix : 2018 Apr 26
Kod 55074

Paşinyan Ermənistanda bundan sonra atılacaq addımlar barədə açıqlama verib

Ermınistanda hakim rejimin əleyhinə keçirilən xalq etraz aksiyalarının təşəbbüskarı, millət vəkili Nikol Paşinyan tən axşam etdiyi çıxışında bildirib ki, ölkənin hakim Respublika Partiyasının (ERP) heç bir üzvü baş nazir ola bilməz.

Arannews-Onun sözlərinə görə, sabiq baş nazir Serj Sarkisyan deyirdi ki, seçkilərdə 7-8 faiz səs toplamış güc qalib gələ bilməz. "İndi Ermənistanda zarafat edirlər ki, 7 faiz 93 faizdən çoxdur. Bizim hərəkatımız Ermənistan əhalisinin, eləcə də diasporasının 90 faizinin dəstəyini qazandı. ERP-dən olan namizəd baş naziliyə təqdim edilməyəcək. Ermənistanda ERP-nın hakimlik erası sona çatıb. Bu qüvvəni bərpa etmək cəhdləri uğurla nəticələnmir", - Paşinyan bildirib. 

O, özünün baş nazir ola bilməsi mümkündürmü sualına cavab verib ki, "Əgər xalq bu məsuliyyəti mənim üzərimə qoysalar mən imtina etməyəcəm. Düşünürəm ki, elə də olacaq. Biz Ermənistanda azad seçkiləri təmin etməliyik. Siyasi böhran insanların ümumi seçkilərə etibarını itirdiyi anda başlayıb. Bizim ilk etməli olduğumuz şey seçki məcəlləsində islahatlar aparmaqdır."

 ERP-nin hakimiyyətdən imtina edəcəyinə zəmanət vardırmı sualına cavab olaraq Paşinyan qeyd edib ki, ERP "mövcud deyil, onun kabusu qalıb". "Mənim ERP-dən zəmanət almağa ehtiyac yoxdur. Bizim Ermənistan xalqı diasporası tərəfindən daha güclü zəmanətimiz vardır. Mən Ermənistan xalqına qarşı dura biləcək hər hansısa bir qüvvə görmürəm".

 Hazırda baş nazir vəzifəsini yerinə yetirən Karen Karapetyanın ERP-dən çıxacağı təqdirdə baş nazir postuna namizəd qismində irəli sürülməsi imkanı varmı sualına Paşinyan cavab verib ki,: "Yox".

  • Yazılıb
  • da (də) 2018 Apr 26
  • Göndərən مدير سايت Aran News