Tarix : 2018 Apr 27
Kod 55084

Gürcüstanda dini hissləri təhqir edənlər cəzalandırıla bilər

Gürcüstanda dini hissləri təhqir edənlər cinayət məsuliyyətinə cəlb oluna bilər.
Arannews-APA-nın yerli bürosunun məlumatına görə, müfaviq qanun layihəsi Gürcüstan parlamentinin İnsan haqları və vətəndaş inteqrasiyası komitəsinin iclasında müzakirə olunur. Layihəyə əsasən, dini hissləri təhqir etmiş şəxslərə qarşı 1 ilə qədər həbs cəzası və ya cərimə tətbiq oluna bilər.
Qeyd edək ki, 2016-cı ildə Gürcüstan parlamentində dini hisslərin təhqirinə qarşı cərimələrin tətbiq olunması ilə bağlı müzakirələr aparılıb. Lakin sonradan qanuna əlavələrə baxılması dayandırılıb.
Gürcüstan əhalisinin 10,74%-i islam dininə etiqad edir.

  • Yazılıb
  • da (də) 2018 Apr 27
  • Göndərən مدير سايت Aran News