“İsrail ərazisndəki səfirliklərini Qüdsə köçürən ilk 10 dövlətə sahə kompleksi və maliyyə yardımı ediləcək”.
Arannews-Bu sözləri İsrailin Qüds əlaqələri və irs naziri Zeev Elkin deyib.O, əlavə edib ki, hazırda səfirliklərini Qüdsə köçürməyə iki ölkə razılıq verib: “Bu istiqamətdə ilk qərar ABŞ və Qvatemaladan gəldi, Honduras və Rumıniyada isə oxşar qərarlar müzakirə olunur. Çex Respublikasında da bu məsələ ilə bağlı ciddi müzakirələr gedir. Bu qərarı verən ilk 10 ölkəyə yardım olunması üçün İsraildə layihə hazırlanır. İsraildəki səfirliyini Qüdsə köçürən ölkələrə sahə kompleksi, maliyyə vəsaiti və imtiyaz da verilə bilər”.